İnsanlara hürriyət, millətlərə istiqlal!

15 gündə 26 nəfəri it dişləyib- 9-u uşaqdır

700 04.04.2026 11:34 Hadisə A A

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına son 15 gündə it dişləməsi səbəbilə 26 müraciət daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə “Report”a xəstəxanadan məlumat verilib.

Bildirilib ki, onlardan 13-ü kişi, 4-ü qadın, 9 nəfəri isə azyaşlı olub:

“Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib, vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıblar”.

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən bildirilib ki, sahibsiz itlər üçün sığınacaqların yaradılmasına görə müvafiq qurumlara müraciət edilib:

“Yer ayrılan kimi sahibsiz itlər üçün sığınacaq yaradılacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR