İnsanlara hürriyət, millətlərə istiqlal!

16 tanker Venesuela limanlarını tərk edib - İLGİNC İDDİA

671 05.01.2026 19:19 Dünya A A

ABŞ sanksiyaları altında olan azı 16 neft tankeri son iki gün ərzində Venesuela neftinə qarşı tətbiq edilən Amerika hərbi-dəniz blokadasını yarmağa cəhd edib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin apardığı təhlilə əsasən, son həftələr ərzində bu gəmilər Venesuela limanlarında dayanmış vəziyyətdə peyk görüntülərində qeydə alınırdı. Lakin ABŞ hərbçiləri tərəfindən Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra, şənbə gününə qədər həmin gəmilərin hamısı bu ərazilərdən yoxa çıxıb.

Dörd tanker peyk vasitəsilə izlənilə bilib: onlar sahildən təxminən 30 mil aralıda şərq istiqamətində hərəkət edib, saxta adlardan istifadə edərək və real mövqelərini təhrif edərək üzməyə davam ediblər. Bildirilir ki, bu dörd gəmi ölkənin müvəqqəti rəhbərliyinin icazəsi olmadan limanı tərk edib.

Qalan 12 tanker isə heç bir siqnal ötürmür və yeni peyk görüntülərində aşkar edilməyib. Nəşrin qeyd etdiyi kimi, bir sıra amillər tanker hərəkətlərində “ən azı müəyyən səviyyədə koordinasiyanın” mövcudluğuna işarə edir.

Məlumata görə, 16 tankerdən 15-i İran və Rusiya neftinin daşınmasında iştirak etdiyinə görə ABŞ sanksiyalarına məruz qalıb.

ABŞ Maliyyə Nazirliyində sanksiyalara nəzarət üzrə keçmiş vəzifəli şəxs David Tannenbaum vəziyyəti belə şərh edib:

“Onlar qərar verməli olacaqlar ki, hansı daha az risklidir - qaçmaq imkanı hələ varkən limanları tərk etmək, yoxsa qalaraq ABŞ qoşunlarının Venesuela sularına mümkün növbəti müdaxilələrini riskə atmaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR