İnsanlara hürriyət, millətlərə istiqlal!

18 yaşlı Adam Kadırova daha bir medal verildi

418 30.12.2025 14:12 Dünya A A

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Adam Kadırova “Axmat-Hacı Kadırovun xatirəsinə” adlı medalı təqdim edib.

Musavat.com xəbər verir ki, medalın “vətənin təhlükəsizliyinin, sabitliyinin və rifahının təmininə mühüm töhfəyə görə” verildiyi bildirilib.

Bu barədə Çeçenistandan Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov məlumat yayıb.

Məlumata görə, Adam Kadırov 18 yaşına qədər artıq on beşdən çox orden və medala layiq görülüb. Onların sırasında “Çeçenistan Respublikasının Qəhrəmanı”, “Gənc qəhrəman” və “Rusiyanın Əmək Şücaəti” kimi mükafatlar da var.

Kommersant qəzeti qeyd edir ki, Adam Kadırov orden və medalları fəal şəkildə almağa Qurani-Kərimi yandırdığına görə məhkum edilmiş Nikita Juravelin istintaq təcridxanasında döyülməsindən sonra başlayıb.

Bundan əlavə, “Verstka” nəşrinin avqust ayında apardığı hesablamalara görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Ramzan Kadırov və onun qohumları ümumilikdə təxminən 150 dövlət mükafatı alıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR