Musavat.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan qarşıdakı “3+3” regional platforması ilə bağlı hazırlıqların davam etdiyini açıqlayıb.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan arasında aparılan diplomatik danışıqların əsas mövzusu görüşün keçiriləcəyi məkanın müəyyənləşməsidir.
Rəsmi İrəvan bildirir ki, toplantının yeri ilə bağlı yekun qərar hələ verilməyib və məsələ üzrə müzakirələr davam edir.
Musavat.com






