"Ramiz Mehdiyev ifrat dərəcədə hiyləgər adam olub. Ölkənin tanınmış simalarını özünün 80 illik yubileyi ərəfəsində danışdırtdırıb. Həmin videolara baxanda onun yubileyi barədə bir kəlməyə belə rast gəlmirsən".
Musavat.com xəbər verir ki, bu barədə sabuq deputat, təhsil eksperti Etibar Əliyev bildirib.
O deyib ki, Mehdiyev barədə danışan alimlər, yazıçılar, dövlətdə yüksək post tutanların çıxışlarında iki xətt açıq şəkildə sezilir: “Enveroviç misilisiz dövlət xadimi və əvəzsiz filosof-ideoloqdur”.
Etibar Əliyev qeyd edib ki, bir zamanlar Mehdiyevə tərif danışanların içərisində indiki deputat Azər Əmiraslanov söylədiyi fikirlərə bəraət qazandıtmaq üçün “Yeni müsavat`” qəzetinə müsahibəsondə onun Mehdiyevi göylərə qaldırmasının deyəsən yubileyi ərəfəsində olduğunu deyir: "Bu adam indi yubileyi xatırlayır. Ancaq mədhiyyə nitqində yubleyin adı çəkilmir. Və 6 dəqiqəlik danışığında düz 17 dəfə (hər 21 saniyədə) Ramiz Mehdiyevin adını çəkir. Əmiraslanov onun idarəçiliyində yazılmamış qayda-qanunu xüsusilə bəyənir. Sitat: “ Hər bir məmur təkcə Dövlət idarəçiliyinin yazılmış qanunlarını qaydalarını deyil, və yaxud da dövlət quluğunun qanunvericiliklə müəyyən olunmuş normaları deyil həm də yazılmamış qaydaları -qanunları bilməlidir. Bu illərdə biz Ramiz müəllimdən həm də dövlət idarəçiliyinin yazılmamış qanunlarını -qaydalarını öyrənməyə çalışmışıq”.
Gənc və perspektivli Azər Əmiraslanov düz zənn edib: Hiyləgər Mehdiyev ölkənin ü
üzdə olan adamlarını yazılmamış qayda-qanunlarla idarə edib".
Etibar Seyidağa,
Musavat.com






