İnsanlara hürriyət, millətlərə istiqlal!

69 yaşlı Mehmet Ali Erbil boşandı: “Sevgi görmədim”

971 20.03.2026 17:36 Şou-biznes A A

Türkiyənin tanınmış şoumeni Mehmet Ali Erbil ilə həyat yoldaşı Gülseren Ceylan arasında 7 ay davam edən evlilik rəsmi şəkildə başa çatıb.

Musavat.com xəbər verir ki, cütlük Beykoz məhkəməsinin elə ilk iclasında boşanıb.

Tərəflər məhkəmə iclasına qatılmasa da, boşanma qarşılıqlı razılaşma əsasında rəsmiləşdirilib.

Boşanmadan sonra uzun müddət susmaq qərarı alan Erbil qatıldığı televiziya proqramında diqqətçəkən açıqlamalar verib. O, şəxsi həyatı ilə bağlı yayılan iddialara münasibət bildirərək, evlilikləri dövründə “ikinci bir həyat” yaşamadığını vurğulayıb.

Erbil çıxışında uşaqlıq illərinə də toxunaraq ailəsindən yetərincə sevgi görmədiyini, lakin illər ərzində tamaşaçıların ona böyük dəstək verdiyini qeyd edib. Bu etiraf isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Gülseren Ceylan tərəfindən verilən açıqlamada isə bildirilib ki, ayrılıq tam qarşılıqlı hörmət çərçivəsində baş tutub və tərəflər arasında hər hansı qalmaqal yaşanmayıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR