İnsanlara hürriyət, millətlərə istiqlal!

Abbas Əraqçi Fransaya gedir

457 25.11.2025 08:18 Siyasət A A

İran xarici işlər naziri Abbas Araqçi bu həftə fransız həmkarı Jan-Noel Barrot ilə danışıqlar aparmaq üçün Parisə səfər edəcək.

Musavat.com xəbər verir ki, məlumatı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai açıqlayıb. Onun sözlərinə görə, səfər fransız nazirinin dəvəti ilə baş tutacaq və gündəmdə yalnız ikitərəfli münasibətlər, o cümlədən məhbus mübadiləsi məsələlərinin müzakirəsi olacaq.

Bir neçə gün əvvəl İran xarici işlər nazirinin müavini Səid Xətibzadə mətbuata bildirib ki, İranın nüvə proqramı ilə bağlı Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqlar yaxın gələcəkdə istisna edilib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR