İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin müsəlmanlara görə bu addımı atdı, rus millətçiləri qəzəb yağdırır -FOTO

1958 16.06.2026 03:02 Dünya A A

Rusiyada halal sənayesinin genişlənməsi məsələsi yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Ruslan Edelgeriyev baş müfti Ravil Qaynutdinlə görüşərək ölkədə halal sənayesinin inkişaf perspektivlərini müzakirə edib.

Məlumata görə, Rosstandartın halal məhsullar üzrə texniki komitəsinə rəhbərlik edən Edelgeriyev fəaliyyətində islamın əsas prinsiplərinə söykəndiyini bildirib. Onun sözlərinə görə, halal standartlarının formalaşdırılması üçün əlavə mexanizmlər yaratmağa ehtiyac yoxdur, çünki bu sahədə əsas qaydalar artıq mövcuddur.

Son illər Kremlin dəstəyi ilə Rusiyada halal sənayesi sürətlə inkişaf edir. Bir çox istehsalçı müəssisə məhsullarını müsəlman istehlakçıların tələblərinə uyğunlaşdırır, standartlar isə Səudiyyə Ərəbistanı və BƏƏ kimi ölkələrin tələbləri ilə uyğunlaşdırılır.

Bəzi rus millətçi dairələri və onlara yaxın media resursları Rusiya prezidentinin köməkçisi Ruslan Edelgeriyevin baş müfti Ravil Qaynutdinlə görüşünü, həmçinin halal sənayesinin genişlənməsi ilə bağlı addımları narahatlıqla qarşılayaraq bu mövzuda tənqidi materiallar dərc edirlər.

Xarırladaq ki, Rusiyada on milyonlarla müsəlman yaşayır və onlar ölkənin ən böyük dini icmalarından birini təşkil edirlər. Müsəlmanların halal məhsullardan istifadə etməsi, dini qaydalara uyğun yaşaması, uşaqlarına istədikləri adları verməsi və öz milli-mənəvi dəyərlərini qoruması onların təbii hüququdur.

Son illər bəzi rus millətçi dairələrinin və onlara yaxın media resurslarının müsəlman əhalinin artımını, halal məhsulların yayılmasını, hicab məsələsini və digər dini mövzuları narahatlıq, qorxu və qəzəb kontekstində təqdim etməsi diqqət çəkir. Müxtəlif statistik göstəricilər, uşaqlara verilən müsəlman adları, dini simvollar və halal bazarının böyüməsi ilə bağlı materiallar bu dairələr tərəfindən tez-tez müzakirə olunur.

Bundan əvvəl də hicab məsələsi, məktəblərdə dini geyimlərlə bağlı qərarlar və müxtəlif dini mövzular Rusiya ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Bir sıra hallarda müsəlman icmasının nümayəndələri dini mənsubiyyətə görə ayrı-seçkiliklə üzləşdiklərini bildiriblər. 

edc2686c-6bea-4d2c-97f1-b9dde5cbe92a.jpg (198 KB)

Ümumiyyətlə, dini inanclarına uyğun yaşamaq, halal məhsullardan istifadə etmək və öz mənəvi dəyərlərini qorumaq hər bir müsəlmanın fundamental hüququdur. Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Rusiyada bu hüquqlara hörmətlə yanaşılması vacib hesab edilir. Milyonlarla müsəlmanın yaşadığı bir ölkədə halal məhsullara tələbatın olması və dini dəyərlərin qorunması təbii proses kimi qiymətləndirilməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR