ABŞ Prezidenti Donald Tramp ABŞ-ın bütün idxal məhsullarına yeni 10 faiz tarif tətbiq edəcək.
Musavat.com xəbər verir ki, məlumatı Tramp ABŞ Ali Məhkəməsinin administrasiyanın idxal tariflərinin tətbiqinə qarşı qərarı ilə bağlı Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlayıb.. Onun sözlərinə görə, yeni qərar üç gün ərzində qüvvəyə minəcək: "Bizim demək olar ki, istədiyimizi etmək hüququmuz var, amma inanıram ki, üç gün ərzində tarifləri yığmağa başlayacağıq".
O, hətta bəzi ölkələr üçün idxal tarif dərəcələrinin arta biləcəyini qeyd edib: "İllərdir bizə qarşı çox pis davranan ölkələr var və onlar üçün tariflər yüksək olacaq. Həmçinin çox yaxşı olan digər ölkələr də var və onlar üçün tariflər çox mülayim olacaq".
Musavat.com






