İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ administrasiyasına görə, tərəflər Ukraynada sülhə yaxınlaşıblar

368 25.12.2025 03:14 Siyasət A A

Vaşinqton administrasiyası hesab edir ki, tərəflər Ukraynada nizamlanmaya yaxınlaşırlar.

Musavat.com xəbər verir ki, bunu  ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakr Fox News-da  deyib. Onun sözlərinə görə, yaxınlaşmaya baxmayaraq, Moskva və Kiyevin razılığını tələb edən hələ də həll olunmamış məsələlər var: "Gündəlikdə iki həftə əvvəlkindən daha az məsələ var. Və bu, yaxşı xəbərdir. Hələ də hər iki tərəfin razılaşa biləcəyi şəkildə həll edilməli olan məsələlər var. Lakin biz yaxınlaşırıq. Biz həmişəkindən daha yaxınıq. Sülh, şübhəsiz ki, mümkündür. Çətinliklər danışıqların çətin son mərhələsi ilə əlaqələndiriləcək".

O bildirib ki, Amerika tərəfi məsləhətləşmələr zamanı davamlı sülh barədə razılığa gəlməyə çalışır: "Bu, əsas məsələdir; biz bunun uzunmüddətli olmasını təmin etməliyik".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR