İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bəzi silahların Ukraynaya satışını dayandırıb – Alman general

396 03.12.2025 02:14 Dünya A A

ABŞ Ukraynaya müəyyən növ silahların tədarükünü dayandırıb.

Musavat.com xəbər verir ki, bunu Almaniya Quru Qoşunları komandanı Kristian Freydinq The Atlantic-ə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, Pentaqon həmçinin Kiyevə yardımı əlaqələndirən alman generalları ilə birbaşa əlaqəni kəsib.

Əvvəllər alman general Almaniya Müdafiə Nazirliyi daxilində Ukraynaya hərbi dəstəyi əlaqələndirən xüsusi qrupun işinə rəhbərlik edirdi. O, ABŞ prezidenti Donald Trampın administrasiyasının hətta alman tərəfdaşlarını Ukraynaya müəyyən silahların tədarükünün dayandırılması barədə xəbərdar belə etmədiyini deyib. Freydinq əvvəllər Pentaqonla daim SMS mesajları mübadiləsi apara bildiyini, lakin indi bu rabitə kanalının kəsildiyini vurğulayıb.

Alman general əlavə etdi ki, indi hər hansı məsələ ilə bağlı Pentaqonla əlaqə yaratmaq üçün Vaşinqtondakı Almaniya səfirliyi ilə əlaqə saxlamalıdır. Onun sözlərinə görə, orada işləyən biri "Pentaqonda heç olmasa birini tapmağa" çalışır.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR