İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da itin inanılmaz rekordu: 20 santimetrlik… dil!

740 11.12.2025 09:39 Maraqlı A A

Musavat.com xəbər verir ki, ABŞ-da yaşayan Ozzi adlı it dilinin uzunluğuna görə Ginnesin Rekordlar Kitabına düşüb. Fransız mastifi ilə bulmastifin qarışığı olan Ozzi-nin dili demək olar 20 sm— dəqiq ölçü 19,89 sm — və həmişə ağzından çölə sallanır, sanki “öz həyatını yaşayır”.

Sahiblərinin sözlərinə görə, Ozzi ilə rastlaşan hər kəsin əhvalı yaxşılaşır:

“Kimin günü pis keçirsə, Ozzi onu dərhal düzəldir. Hamının mənim itinimi sevməsi məni çox sevindirir”, — deyə sahibi bildirib.

Qeyri-adi görünüşü ilə sosial şəbəkələrin sevimlisinə çevrilən Ozzi artıq rəsmi olaraq dünyanın “ən uzun dilli iti” adlanır.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR