Son bir həftə ərzində ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) saxlama yerlərində dörd immiqrant ölüb və bu da 2025-ci ildə ölüm sayının iyirmi illik rekord həddə çatmasına səbəb olub.
Musavat.com xəbər verir ki, məlumatı Reuters agentliyi yayıb. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) bildirişlərinə görə, əslən Haiti, Nikaraqua, Eritreya və Bolqarıstandan olan dörd şəxs 12-15 dekabr tarixləri arasında ölüb.
Bu hadisələrlə bağlı istintaq davam edərkən, ICE onlardan ikisinin tibbi təcili yardım aldığını və ikisinin ölümünün təbii səbəblərdən baş verdiyini bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp qanunsuz immiqrantların kütləvi şəkildə deportasiya olunmasını tələb edir.
Deportasiyaları artırmaq üçün onun administrasiyası ICE saxlama yerlərinin sayını rekord həddə çatdırıb və noyabr ayının sonuna qədər təxminən 66.000 nəfər saxlanılıb. Agentliyin məlumatına görə, bu il ICE saxlama yerlərində ən azı 30 nəfər ölüb.
ICE statistikasına görə, hələ 12 gün qalmış 2025-ci il üçün ümumi ölüm sayı 2004-cü ildən bəri ən yüksəkdir: "ICE nəzarətində olan bütün şəxslərin təhlükəsiz və insani şəraitdə saxlanılmasını təmin etməyə sadiqdir”.
Demokratlar həbsdə baş verən ölümləri tənqid edərək Tramp administrasiyasını günahlandırıblar.
Musavat.com






