ABŞ Rusiya–Ukrayna müharibəsinin diplomatik yollarla həllinə dair yaxın həftələrdə “yaxşı xəbərlər”in mümkün olduğunu istisna etmir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyanat verib.
Vens bildirib ki, Vaşinqton danışıqlar prosesini diqqətlə izləyir və perspektivlərin ümidverici ola biləcəyini düşünür:
"Gələcək bir neçə həftədə Ukrayna ilə bağlı sülh məsələsində yaxşı xəbərlər ala bilərik", – deyə o vurğulayıb.
Amerika administrasiyası son günlərdə Rusiya və ABŞ nümayəndələri arasında baş tutan təmasların sülh prosesini sürətləndirə biləcəyini hesab edir.
Musavat.com






