ABŞ administrasiyası könüllü olaraq ölkədən gedən qanunsuz immiqrantlar üçün mükafatı 3000 dollara qədər artırmaq qərarına gəlib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem X hesabında açıqlayıb. Onun sözlərinə görə, bu ödəniş ilin sonuna qədər özünü deportasiya etmək üçün müraciət edənlərə ödəniləcək: "Bu Milad mövsümündə Amerika vergi ödəyiciləri qanunsuz immiqrantların ölkəni könüllü olaraq tərk etmələri üçün stimulu səxavətlə üçqat artırdılar. İlin sonuna qədər CBP Home App istifadə edərək özünü deportasiya edən qanunsuz immiqrantlar 3000 dollar bonus almaq hüququna malik olacaqlar".
Əvvəlki kimi, onların təyyarə bileti də ABŞ hökuməti tərəfindən ödəniləcək. Bundan əlavə, immiqrasiya pozuntularına görə cərimələr və digər cəzalar bağışlanacaq.
Bu ilin yanvar ayından bəri 1,9 milyon qanunsuz immiqrant ABŞ-a özünü deportasiya etmək fürsətindən istifadə edib.
Musavat.com






