İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın paradoksal siyasəti: Tramp Putini yumşaldır, Qərbi sıxışdırır

267 20.12.2025 23:19 Dünya A A

Tramp nə üçün Putini yumşaldır, Qərbi isə sıxışdırır?

Musavat.com xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə, bu paradoksal siyasətin mümkün izahları sırasında ABŞ mühafizəkarlarının Rusiyanın “xristian millətçiliyi”nə simpatiyası və ya Vaşinqtonun Moskvanı Pekindən uzaqlaşdırmaq cəhdi göstərilir. Lakin bu arqumentlər Donald Trampın şəxsi mövqeyini tam izah etmir.

Məsələ ondadır ki, Tramp dünya siyasətinə ideoloji və ya sivilizasiya prizmasından deyil, biznes gözü ilə baxır. ABŞ prezidenti üçün əsas meyar mənfəətdir, dəyərlər və ideyalar yox.

Bu yanaşmada müharibə məntiqsiz görünür, çünki müharibə qazanc gətirmir.

Bu baxımdan Ukrayna Tramp üçün xərclər, risklər və öhdəliklər deməkdir. Rusiya isə potensial iqtisadi imkanlar, sövdələşmələr və gəlir mənbəyi kimi görünür.

Trampın əsas səhvi ondadır ki, o, Vladimir Putin və Si Cinpinin davranışlarını yalnız iqtisadi maraqlarla izah etməyə çalışır. Halbuki həm Moskva, həm də Pekin üçün ideologiya, güc siyasəti və tarixi missiya anlayışı ciddi rol oynayır. Tramp bu amili ya anlamır, ya da bilərəkdən nəzərə almır.

Nəticədə ABŞ lideri sövdələşmələrə fokuslanır, lakin bu kommersiya məntiqi güclü ideoloji motivlərlə hərəkət edən dövlətləri anlamaq üçün yararsızdır. İqtisadiyyatla siyasəti ayıra bilməmək isə Qərb üçün strateji səhvlərə yol açır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR