İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Zelenskiyə təzyiq planı: Vaşinqton sürətli razılaşma tələb edir

371 30.11.2025 14:55 Siyasət A A

ABŞ administrasiyası artıq gələn həftə Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı daha sərt təzyiq mexanizmlərini işə salmağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Məqsəd, Kiyevden müharibənin nizamlanması üzrə konkret razılaşmaya getməsini tələb etməkdir.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton son günlər Ukraynada dərinləşən korrupsiya qalmaqalının hakimiyyətə əlavə təzyiq yaratmasından istifadə edərək danışıqlar prosesini sürətləndirməyə çalışır.

ABŞ rəsmiləri hesab edir ki, Kiyevdə baş verən siyasi çaxnaşma və reputasiya itkiləri Zelenski administrasiyasını daha çevik qərar verməyə məcbur edə bilər.

Vaşinqtonun mövqeyi ondan ibarətdir ki, uzanan müharibə həm regional, həm də qlobal təhlükəsizlik risklərini artırır və ABŞ artıq prosesin qeyri-müəyyən müddətə davam etməsini qəbuledilməz sayır.

Gözlənilir ki, gələn həftə ABŞ tərəfi Ukraynanın ali rəhbərliyinə siyasi güzəştlər və danışıqlar formatının dəyişməsi də daxil olmaqla, bir sıra təklif və tələblər irəli sürəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR