İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İran neftinə yaşıl işıq yandırdı - SON XƏBƏR

693 22.06.2026 19:43 Dünya A A

ABŞ İran nefti ilə əməliyyatlara 21 avqustadək icazə verib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, ABŞ İran mənşəli neftin və neft məhsullarının istehsalı, tədarükü və satışı ilə bağlı əməliyyatlar üçün ümumi lisenziya verib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) dərc etdiyi sənəddə bildirilir. Sənəddə qeyd olunur:

“İran mənşəli neftin, neft-kimya məhsullarının və neft məhsullarının istehsalı, satışı, tədarükü və ya boşaldılması üçün zəruri olan bütün əməliyyatlara ABŞ-ın şərq sahili vaxtı ilə 21 avqust 2026-cı il saat 00:01-dək icazə verilir”.

Başqa sözlə, ABŞ administrasiyası İran nefti və neft məhsulları ilə bağlı müəyyən əməliyyatların həyata keçirilməsinə müvəqqəti olaraq, 21 avqust 2026-cı ilədək yaşıl işıq yandırıb. Bu qərarın məqsədi İranla əldə olunmuş son razılaşmalar çərçivəsində enerji ticarətinin mərhələli şəkildə bərpasını təmin etmək kimi qiymətləndirilir.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR