ABŞ komandanlığı Suriya hakimiyyətinin İŞİD tərəfindən silahlı hücum təhlükəsi ilə bağlı xəbərdarlığını qulaqardına vurub.
Musavat.com xəbər verir ki, bunu Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba İxbariya TV-yə Palmirada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürülməsini şərh edərkən deyib: "Daxili Təhlükəsizlik Qüvvələri ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanı Suriya səhrasında İŞİD tərəfindən gözlənilən hücum barədə xəbərdar edib. Lakin xəbərdarlığımız qulaqardına vurulub".
DİN sözçüsünün dediyinə görə, hücumçu Palmira ərazisindəki təhlükəsizlik qüvvələrinin qərargahlarından birinin istiqamətindən atəş açıb. "Bu, səhra bölgəsində birgə patrul zamanı baş verib", - deyə o izah edib.
Əl-Baba hücumçunun təhlükəsizlik qüvvələrinin üzvü olduğunu, lakin komandanlıq vəzifəsi tutmadığını və atəş açma zamanı zərərsizləşdirildiyini deyib: "Səlahiyyətli orqanlar hazırda bu şəxsin İŞİD ilə əlaqəsi olub-olmadığını və ya sadəcə qrupun ideologiyasına sadiq qaldığını müəyyən edir".
Musavat.com






