İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ küçələri dağılır: Pezeşkian Trampa mesaj göndərdi

1589 30.03.2026 00:39 Dünya A A

ABŞ-də “No Kings” şüarı ilə keçirilən kütləvi etiraz aksiyaları beynəlxalq diqqət mərkəzinə düşüb. İran Prezidenti Məsud Pezeshkian bu hadisələrə münasibət bildirərək Vaşinqtona dolayısı ilə mesaj verib.

Musavat.com xəbər verir ki, Pezeşkian bildirib ki, ABŞ-də süni intellekt sahəsində çalışan mütəxəssislər ölkədəki real vəziyyəti Donald Trampa çatdırmalıdır. Onun sözlərinə görə, “No Kings” etirazları Amerika cəmiyyətində dərin narazılığın göstəricisidir.

İran prezidentinin fikrincə, ABŞ vətəndaşlarının bir hissəsi “Israel First” siyasətindən narazıdır və hesab edir ki, İsrail rəhbərliyi Amerika demokratiyasına təsir edir. Bu narazılıq isə artıq küçə aksiyalarında açıq şəkildə özünü göstərir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR