İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ NATO-dan çıxa və Rusiya ilə yaxınlaşa bilər - ŞOK

545 09.12.2025 15:27 Dünya A A

ABŞ-nin yeni milli təhlükəsizlik strategiyası Şimali Atlantika Alyansından çıxmağa və Rusiya ilə yaxınlaşmaya gətirib çıxara bilər.

Musavat.com xəbər verir ki, bu barədə “The Financial Times” yazıb.

“Əgər bu məntiq ardıcıl şəkildə həyata keçirilsə, nəticə ABŞ-ın NATO-dan çıxması, mövcud Avropa hökumətləri ilə əlaqələrin qırılması və Rusiya ilə strateji yaxınlaşma ola bilər”, - deyə nəşrdə bildirilir.

Müəllifin fikrincə, yeni Amerika doktrinası Avropaya qarşı ABŞ-ın ultimatumudur və məqsəd köhnə dünya ölkələrinin Ağ Evin siyasətini dəstəkləməsinə nail olmaqdır.

Keçən həftə Vaşinqton ölkənin yeni milli təhlükəsizlik strategiyasını dərc edib. Sənəddə bildirilir ki, ABŞ Ukrayna münaqişəsi ilə bağlı “real olmayan gözləntiləri” olan avropalılarla fikir ayrılığı yaşayır. Sənədə əsasən, Aİ döyüşlərin davam edəcəyinə ümid edir və müxalifəti susdurmaq üçün demokratiyanın əsas prinsiplərini pozur. Vaşinqton buna qarşı mübarizə aparmaq niyyətindədir.

Həmçinin ABŞ Avropa ölkələrini müdafiə məsələsində məsuliyyət götürməyə çağırıb.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR