ABŞ Silahlı Qüvvələri artıq bu həftəsonu İrana zərbə endirməyə hazırdır, lakin prezident Donald Tramp hələ yekun qərar verməyib.
Musavat.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, mümkün hücumun vaxtına bir neçə təqvim hadisəsi təsir göstərə bilər. Qış Olimpiya Oyunları bu bazar günü başa çatır və bəzi Avropa rəsmiləri hesab edirlər ki, həmin vaxta qədər zərbə endirilməyəcək.
Bundan əlavə, bu həftə Ramazan ayı başlayıb. ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri xəbərdarlıq ediblər ki, müsəlmanlar üçün müqəddəs ayda hücum həyata keçirilməsi hörmətsizlik kimi qəbul oluna bilər. Digər mühüm hadisə isə Trampın Konqresdə illik “Ölkənin vəziyyəti haqqında” çıxışıdır. Bu çıxış çərşənbə axşamına planlaşdırılıb və aralıq Konqres seçkiləri öncəsi onun seçki kampaniyasının başlanğıcı hesab olunur.
Afaq,
Musavat.com






