İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-nin İrana zərbəsi: İsrail Baş Qərargah rəisi konkret vaxtı açıqladı

1632 01.02.2026 22:52 Dünya A A

ABŞ və İsrail arasında İranla bağlı yüksək səviyyəli məsləhətləşmələr davam edir.

Musavat.com xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir ötən həftəsonu Vaşinqtonda Pentaqon rəsmiləri ilə görüşərək İran ətrafında yaranmış vəziyyəti müzakirə edib. Bu barədə İsrailin müdafiə naziri Israel Katzin ofisi məlumat yayıb. Zamirin ABŞ-dəki danışıqlardan sonra Katzla ayrıca görüş keçirdiyi də bildirilir.

Məlumata görə, İsrailin “Armiya Radiosu”nun (Galei Zahal, GLZ) jurnalisti Doron Kadosh X platformasında yazıb ki, Zamir son qiymətləndirmə zamanı ABŞ-nin İrana “iki həftədən iki aya qədər” müddətdə hücum edə biləcəyini qeyd edib.

Jurnalistin paylaşımında vurğulanır ki, hazırkı qiymətləndirmələrə əsasən yaxın günlərdə hücumun baş verməsi gözlənilmir. Eyni zamanda bildirilir ki, Vaşinqton bu mərhələdə bütün planları İsraillə bölüşmür və qərar qəbuletmə proseslərində Təl-Əvivi kənarda saxlayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR