İnsanlara hürriyət, millətlərə istiqlal!

Podolyak Lukaşenkonu susmağa çağırdı – ironik təhdid

542 04.06.2026 20:14 Dünya A A

Ukrayna Prezidenti Aparatının müşaviri Mixaylo Podolyak bildirib ki, Minsk müharibə və Belarus ərazisindən mümkün istifadə ilə bağlı əlavə açıqlamalar verməzdən öncə düşünməlidir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Podolyak Belarus cəmiyyətinin Ukraynaya qarşı müharibəni dəstəkləmədiyini deyib. Buna görə də o, Minsk hakimiyyətini Ukraynaya qarşı hərbi əməliyyatlar üçün Belarus ərazisindən mümkün istifadə ilə bağlı ictimai açıqlamalara və qərarlara balanslı yanaşmağa çağırıb.

Podolyak bildirib ki, təqaüdə çıxmaq, hakimiyyətin keçidini təmin etmək və sülalə qurmaq istəyən ehtiyatlı bir insan kimi Lukaşenkonun bu gün sadəcə susması məsləhətdir. (Podolyak bu fikirlərin ironik səciyyə daşıdığını qeyd edib).

Ukraynada verilən əvvəlki açıqlamalarda qeyd olunub ki, Aleksandr Lukaşenkonun 71 yaşı var, Belarusda kişilər üçün isə təqaüd yaşı 63-dür.

Qeyd edək ki, Rusiyanın 2022-ci ildə Ukrayna qarşı başladığı müharibənin ilk günlərindən bura qədər Moskva Belarus ərazisindən Ukraynaya ikinci cəbhə açmaq niyyətindədir, ancaq Lukaşenko buna razılıq vermir. Bəzən o, Kremlin tələbləri qarşısında yumşalmış kimi görünür, amma qəti və həlledici qərar verməkdən yayınır.

Müşahidəçilər bildirirlər ki, Lukaşenkonu bu addımdan çəkindirən əsas amil ABŞ və Avropanın sərt tədbirlərinə məruz qalmaq qorxusudur. Lukaşenko son illərdə Qərblə münasibətlərini separat şəkildə yaxşılaşdırmağa çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR