ABŞ prezidenti Avropa İttifaqı ölkələrinin demokratik proseslərinə müdaxilə etməməlidir.
Musavat.com xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Politico-ya ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Aİ-yə qarşı tənqidlərlə bağlı suala cavab verərkən deyib: "Seçkilərə gəldikdə, ölkənin liderinin kim olacağına biz deyil, ölkə xalqı qərar verir. Bu, seçicilərin suverenliyidir və o qorunmalıdır. Başqa heç kim müdaxilə etməməli, sual verilməməlidir"
Avropa Komissiyasının rəhbəri həmçinin qeyd edib ki, o, həmişə ABŞ prezidentləri ilə "çox yaxşı işgüzar münasibətlərə" malik olub və bu münasibətlər bu günə qədər davam edir.
Tramp əvvəllər dəfələrlə Avropanı tənqid edib. Ümumilikdə, o, "Politico"ya verdiyi müsahibədə aparıcı Avropa siyasətçilərinin "indiki heyətini" bəyəndiyini bildirib. Lakin ABŞ prezidentinin fikrincə, onlar "öz işlərini yaxşı görmürlər". O, gələcəkdə daha uyğun hesab etdiyi Avropa siyasətçilərini dəstəkləyəcəyini bildirib.
Musavat.com






