İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qəzza qüvvələrinin başına amerikalı general gətirmək istəyir

289 11.12.2025 18:13 Dünya A A

ABŞ prezidenti Donald Trampın sülh planında nəzərdə tutulan Qəzza üçün beynəlxalq stabilləşdirmə qüvvələrinin yaradılması çərçivəsində Vaşinqton həmin qüvvələrin komandanı postuna amerikalı general təyin etməyi planlaşdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Məlumata görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Volts İsrailə ilk rəsmi səfəri zamanı baş nazir Benyamin Netanyahunu məlumatlandıraraq bildirib ki, o həmin generalı şəxsən tanıyır və onu “çox ciddi şəxs” kimi xarakterizə edib. Volts həmçinin qeyd edib ki, komandirin amerikalı olması gələcək nizamlanma prosesində İsrailin maraqlarının qorunmasına təminat verəcək.

Axios-un mənbələri bildiriblər ki, ABŞ artıq stabilləşdirmə qüvvələrinin formalaşdırılmasının yekun mərhələsindədir. Bununla belə, amerikalı hərbçilər Qəzzada təhlükəsizliyin birbaşa təminində iştirak etməyəcəklər.

Bundan əvvəl Axios yazmışdı ki, ABŞ bir sıra ölkələrlə Qəzzada beynəlxalq stabilləşdirmə qüvvələri yaratmaq barədə danışıqlar aparır. Bu qüvvələrə Azərbaycan, Misir, İndoneziya və Türkiyədən kontingentlərin, eləcə də Fələstin polisinin daxil ola biləcəyi bildirilirdi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR