İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiya bayrağına keçən tankeri okeanın ortasında saxladı: Vaşinqtondan sensasiyalı açıqlama

965 07.01.2026 18:30 Dünya A A

ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı Marinera adlı tankerinin Şimali Atlantik okeanında saxlanıldığını rəsmi şəkildə təsdiqləyib.

Musavat.com xəbər verir ki, komandanlığın yaydığı bəyanatda gəminin ABŞ federal məhkəməsinin verdiyi order əsasında dayandırıldığı bildirilir.

Açıqlamada qeyd olunur ki, tanker ABŞ-ın sanksiya rejimini pozmaqda ittiham olunur. Gəmi əvvəllər Bella-1 adı ilə fəaliyyət göstərib və təqib zamanı yurisdiksiyasını dəyişərək Rusiya bayrağı altında yenidən qeydiyyata alınıb.

ABŞ tərəfi vurğulayır ki, kapitana ilk “dayan” əmri bayraq dəyişdirilməzdən əvvəl verilib. Bu səbəbdən Vaşinqton əməliyyatın Rusiya gəmisinə qarşı hücum kimi qiymətləndirilə bilməyəcəyini iddia edir.

Hadisə beynəlxalq sularda sanksiyaların icrası və dəniz təhlükəsizliyi baxımından yeni və təhlükəli presedent kimi dəyərləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR