İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatoru: “28 bəndlik sülh planı fiaskodur”

775 24.11.2025 19:46 Dünya A A

ABŞ Senatının üzvü, Virciniyadan demokrat senator Mark Uorner Tramp administrasiyasının Rusiya və Ukrayna arasında sülhü təmin etmək üçün hazırladığı 28 bəndlik planı “tarixi cəhətdən uğursuz anlaşma” kimi qiymətləndirib.

Musavat.com xəbər verir ki, amerikalı senator həmin razılaşmanı II Dünya müharibəsindən əvvəl Nevill Çemberlenin Hitlerə güzəştə getməsi ilə müqayisə edib.

“Fox News”a müsahibəsində Uorner qeyd edib ki, bu plan Ukraynanın tam kapitulyasiyası deməkdir və qəbul edildiyi təqdirdə Çin lideri Si Cinpini Tayvana hücum etməyə ruhlandıra bilər.

Onun sözlərinə görə, sənəd ilkin olaraq Rusiyanın iştirakı ilə hazırlanıb və Ukraynanın mövqeyi nəzərə alınmayıb:

“Hamımız sülh istəyirik, amma Putini mükafatlandıran sülh istəmirik”.

Uorner həmçinin şübhə etdiyini bildirib ki, bu razılaşma Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən öz hökuməti daxilində belə qəbul oluna bilər.

Politico yazır ki, plan Respublikaçılar Partiyasının Rusiyaya qarşı sərt mövqeyilə tanınan senatorları – Lindsi Qrem, Mitç Makkonnell və Rocer Uiker tərəfindən də tənqid olunur və onlar administrasiyanı sənədi yenidən nəzərdən keçirməyə çağırıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR