İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ senatoru: Növbədə Kuba var  

548 02.03.2026 11:41 Dünya A A

Vaşinqtondan səslənən sərt açıqlamalar Yaxın Şərqdəki müharibə fonunda yeni geosiyasi siqnallar kimi qiymətləndirilir.

Musavat.com xarici agentliklərə  istinadən xəbər verir ki, "FOX News" kanalında ABŞ senatoru Lindsi Qrəm növbəti hədəfin Kuba ola biləcəyini bəyan edib.

Onun sözlərinə görə, “İran rejimi artıq süquta yaxındır”. Senator “Ayətullah ölüb” ifadəsini işlədərək İrandakı hakimiyyət dəyişikliyinin qaçılmaz olduğunu iddia edib və əlavə edib ki, “növbədə Kuba var, onların rejimi də süqut edəcək”.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın paytaxtı Tehran və ölkənin ən böyük şəhərlərini hədəf alıb.

Zərbələrdən dərhal sonra SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) genişmiqyaslı cavab əməliyyatı elan edib. İran tərəfindən İsrailə və ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazalarına raket və pilotsuz uçuş aparatlarının buraxıldığı bildirilib.

Hücumlar nəticəsində İranın ali lideri Ayətullah Əli Seyid Xamenei də öldürülüb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR