İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ sərnişin təyyarəsinin pilotları Afrikada həbs edilib

527 09.02.2026 20:56 Dünya A A

Şəxsi uçuş həyata keçirən ABŞ pilotları Afrika ölkəsində həbs ediliblər və ABŞ prezidenti Donald Trampdan dəstək istəyiblər.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb.

Qəzetin mənbəsinin məlumatına görə, 29 dekabr 2025-ci ildə müqavilə əsasında işləyən iki amerikalı, 33 yaşlı Fabio Nikolas Espinal Nunes və 63 yaşlı Bredli Skott Şlenker turist ailəsini “Gulfstream GIV” markalı sərnişin təyyarəsi ilə Surinamdan Dubaya daşıyıblar. Uçuş zamanı təyyarəyə yanacaq doldurmaq lazım gəlib və pilotlar Qvineyada hava nəqliyyatının idarə olunması mərkəzi ilə əlaqə saxlayaraq eniş üçün icazə istəyiblər. Lakin hava limanında hüquq-mühafizə orqanları həmin şəxsləri ölkənin hava məkanını pozmaqda ittiham edib və altı həftəliyə həbs ediblər.

Nunes və Şlenkerin vəkilləri pilotların azadlığa buraxılması üşün məhkəməyə təcili apelyasiya şikayəti veriblər, lakin onlar hələ də həbsdədirlər. "Prokuror hərbçilərin təzyiqi səbəbindən onların azadlığa buraxılmasından imtina edib. Bu, çox qəribə görünür. Üç hakim ittihamların əsassız olduğu ilə razılaşıb", - deyə pilotlardan birinin nişanlısı Loren Stivenson bildirib.

Pilotların apelyasiya şikayətinə Qvineyanın Ali Məhkəməsində baxılacağı dəqiqləşdirilib. Aviasiya xidməti işçilərinin qohumları ABŞ Dövlət Departamentinin köməyinə ümid edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR