İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ təhlükəsizlik zəmanəti ilə bağlı Ukraynaya kömək edəcək – Tramp

536 12.12.2025 08:30 Siyasət A A

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı kömək etməyə hazır olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, fikrini Ağ Evdə jurnalistlərə açıqlayıb: "Biz kömək edəcəyik, çünki bizim fikrimizcə, bu, Ukrayna münaqişəsinin həllinə nail olmaq üçün zəruri amildir".

Trampın sözlərinə görə, ABŞ nümayəndələri 13 dekabrda Avropada keçiriləcək Ukrayna ilə bağlı görüşdə iştirak edə bilərlər: "Onlar bizim iştirak etməyimizi istəyirlər. Əgər nəticə əldə etmək üçün yaxşı bir şans olduğuna inansaq, şənbə günü Avropada keçiriləcək görüşdə iştirak edəcəyik. Çox vaxt itirmək istəmirik. Biz münaqişənin həllini istəyirik".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR