ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir.
Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentində jurnalistlərlə görüş zamanı deyib.
Ukrayna böhranının həlli perspektivlərini şərh edən Rubio qeyd edib ki, "heç kim Ukraynanın milli maraqlar baxımından ABŞ üçün əhəmiyyət kəsb etmədiyini deməyib" və əlavə edib ki, Vaşinqton "onlara milyardlarla dollar silah satıb": "Biz onları kəşfiyyat baxımından dəstəkləməyə davam edirik. Prezident Rusiya Federasiyasına sanksiyalar tətbiq edib, o, neft sənayesinə sanksiyalar tətbiq edib".
Musavat.com






