İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran arasında "buzlar əriyir": danışıqlarda müsbət dinamika

1854 13.04.2026 22:20 Dünya A A

ABŞ və İran arasında danışıqların davam etdiyi bildirilir.

Musavat.com xəbər verir ki, CBC News-un yaydığı məlumata görə, tərəflər arasında diplomatik təmaslar kəsilməyib və proses növbəti mərhələyə keçə bilər.

Məlumata əsasən, tərəflər arasında gələn həftə birbaşa görüşün keçirilməsi ehtimalı gündəmdədir. Bu, son dövrlərdə əsasən dolayı kanallar vasitəsilə aparılan danışıqlardan sonra mühüm dönüş kimi qiymətləndirilir.

Eyni zamanda, Axios nəşrinin məlumatına görə, danışıqlarda artıq müəyyən irəliləyişlər müşahidə olunur. Bu isə tərəflər arasında kompromis üçün zəminin formalaşdığını göstərir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR