İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və İran razılaşa bilər - Hakan Fidandan AÇIQLAMA

502 12.02.2026 12:06 Siyasət A A

ABŞ və İran nüvə sazişi məsələsində kompromisə yaxınlaşırlar.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Financial Times" qəzetinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, Vaşinqton uranın zənginləşdirilməsinin tamamilə dayandırılması tələbindən imtina edə bilər və müəyyən edilmiş limitlər daxilində razılığa gələ bilər.

Nazirin sözlərinə görə, Tehran da razılığa sadiqdir və zənginləşdirmə səviyyələrinə məhdudiyyətlər qoymağa, həmçinin 2015-ci il sazişində olduğu kimi sərt yoxlama rejimini qəbul etməyə hazırdır.

“İranlılar amerikalılarla razılığa gəlməyin vacibliyini başa düşürlər və amerikalılar İranın da öz hədlərinin olduğunu başa düşürlər”, - deyə Fidan vurğulayıb.

Eyni zamanda, o, danışıqların raket proqramı və bölgədəki silahlı qruplara dəstək kimi digər məsələlərə genişləndirilməsinin prosesi poza biləcəyini xəbərdarlıq edib.

Nazir hesab edir ki, bütün məsələləri eyni vaxtda həll etmək cəhdləri hətta nüvə məsələsində də irəliləyiş əldə etməyə imkan verməyəcək və yeni müharibə riskini artıracaq.

H.Fidan əlavə edib ki, Tehran ötən ilki İsrail ilə münaqişə və daxili etirazların nəticələrini nəzərə alır və sanksiya təzyiqinin həllinin vacibliyini anlayır. Buna baxmayaraq, o, ABŞ zərbələrinin rejim dəyişikliyinə səbəb olacağına şübhə ilə yanaşır və İranın siyasi sisteminin ciddi dəyişikliklər qarşısında belə davamlı qalacağına inandığını qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR