İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuela ətrafında daha bir ölkəyə quru qoşunlarını yerləşdirib

633 29.11.2025 02:23 Siyasət A A

Trinidad və Tobaqonun Baş naziri Kamla Persad-Bissessar ABŞ Dəniz Piyadaları Korpusunun şəxsi heyətinin ölkədə olduğunu bildirib.

Musavat.com Associated Press (AP) agentliyinə istinadən xəbər verir ki, baş nazir ABŞ hərbçilərinin Tobaqo adasındakı hava limanında, o cümlədən radarların quraşdırılması ilə bağlı iş apardığını bildirib: "Onlar bizə sularımıza daxil olan və çıxan narkotik qaçaqmalçılarına qarşı radar nəzarətimizi yaxşılaşdırmağa kömək edəcəklər".

Agentlik xatırladır ki, baş nazir əvvəllər ölkədə ABŞ hərbi qulluqçularının olmadığını demişdi.

Noyabrın 26-da Persad-Bissessar ölkəyə səfər edən ABŞ Qərargah Rəisləri Birgə Komitəsinin sədri general Den Keyn ilə danışıqlar aparıb. Görüşdən sonra baş nazir danışıqlar zamanı Venesuela məsələsinin müzakirə olunmadığına əminlik verib.

AP əvvəllər ABŞ-ın Qrenadaya ölkənin beynəlxalq hava limanında müvəqqəti olaraq radar yerləşdirmək imkanı ilə bağlı müraciət etdiyinə dair də məlumat yayəb. Qrenada hakimiyyəti belə bir addıma razı olub-olmayacağını açıqlamayıb.

Bundan əlavə, AP qeyd edir ki, Trinidad və Tobaqo, eləcə də Qrenada Venesuela yaxınlığında yerləşir.

Bu həftə Dominikan Respublikası Prezidenti Luis Rodolfo Abinader Korona ABŞ nümayəndələrinin beynəlxalq hava limanında və hava qüvvələri bazasında narkotik qaçaqmalçılığına qarşı mübarizəyə kömək etmək üçün olmasına icazə verəcəyini açıqlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR