İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Kiyevə təzyiqi artırır – Ukraynadan ərazi güzəştləri tələb olunur

422 13.12.2025 13:18 Dünya A A

ABŞ administrasiyası Ukraynanı ərazi güzəştlərini nəzərdə tutan planı qəbul etməyə ciddi şəkildə təzyiq göstərir.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" nəşri, Stiv Uitkoff və Cared Kuşnerin Avropada Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə planlaşdırılan görüşü ərəfəsində məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqtonun Kiyevdən gözlədiyi ərazi güzəştləri Ukrayna üçün hələ də son dərəcə həssas və problemli məsələ olaraq qalır. Məhz bu məqam sülh planı ətrafında əsas ziddiyyət nöqtələrindən biri kimi qiymətləndirilir.

"Axios" bildirir ki, bir sıra Avropa liderləri Zelenskiyə razılaşma ilə bağlı tələsməməyi tövsiyə edir, xüsusilə də Ukraynanı ərazi itkilərinə məcbur edən istənilən sazişə ehtiyatla yanaşılmasını məsləhət görürlər. Avropalı siyasətçilər hesab edirlər ki, belə bir addım Kiyevin daxili siyasi sabitliyinə və uzunmüddətli təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR