İnsanlara hürriyət, millətlərə istiqlal!

Xameneinin ictimaiyyət qarşısına çıxacağı vaxt BƏLLİ OLDU - İrandan AÇIQLAMA

1005 18.07.2026 13:45 Dünya A A

İranın ali rəhbəri Müctəba Xamenei təhlükəsizlik səbəblərinə görə ABŞ və İsrail ilə müharibə başa çatana qədər ictimaiyyət qarşısına çıxmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə TASS agentliyi İrandakı etibarlı mənbəsinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, bu qərar davam edən hərbi münaqişə və mövcud təhlükəsizlik təhdidləri ilə bağlıdır.

Mənbə bildirib ki, müharibə şəraiti və ciddi təhlükəsizlik tədbirləri səbəbindən ali rəhbər hazırda ictimai məkanda görünmür.

O, İrandakı vəziyyət normallaşdıqdan sonra rəsmi liderin yenidən aktiv ictimai fəaliyyətə qayıdacağını vurğulayıb.

Hazırda İran hökuməti regiondakı vəziyyətin sabitləşməsini gözləyir.

Mənbənin sözlərinə görə, şərait tam normallaşdıqdan dərhal sonra Xamenei yenidən xalq qarşısına çıxacaq və rəsmi görüşlərini bərpa edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR