Taylandda dəniz paraşütü (parasailing) uçuşu zamanı dəhşətli və ölümcül qəza baş verib.
Musavat.com xəbər verir ki, kurort zonasında istirahət edən 71 yaşlı iş adamı havada süzülərkən nasazlıq baş verib. İddialara görə, paraşütü idarə edən pilot göydə olarkən səhvən təhlükəsizlik kəmərini açıb və nəticədə qoruyucu sistem tamamilə sıradan çıxıb.
Təhlükəsizlik bağları qırılan yaşlı adam metrlərlə yüksəklikdən sürətlə dənizə çırpılıb. Hadisə yerinə dərhal xilasedicilər və tibbi yardım qrupları cəlb olunsa da, ağır xəsarətlər alan iş adamının həyatını xilas etmək mümkün olmayıb. Əyləncə məqsədilə başlayan uçuş pilot səhvi və ciddi laqeydlik ucbatından ölümlə nəticələnməsi böyük üzüntü doğurub.
Faktla bağlı genişmiqyaslı araşdırma başladılıb.
Musavat.com






