Ukrayna rəhbərliyində və hərbi komandanlığında ciddi kadr dəyişikliklərinin baş verəcəyi barədə məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu "Financial Times" (FT) qəzetinin yaydığı məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski son vaxtlar idarəçiliyinə qarşı artan tənqidlər fonunda Silahlı Qüvvələrin Baş komandanı Aleksandr Sırskini vəzifəsindən uzaqlaşdırmağı nəzərdən keçirir.
Qeyd olunur ki, dövlət başçısı döyüş meydanındakı mövcud vəziyyəti təhlil etmək və Baş komandan postuna potensial namizədləri qiymətləndirmək məqsədilə ali hərbi rəhbərliklə bir sıra qapalı görüşlər keçirir.
Hələlik yekun qərarın verilmədiyi bildirilsə də, sızan məlumatlara görə, cəbhə xəttində Ukrayna müdafiəsinə xələl gətirmədən səlahiyyətlərin problemsiz və sürətli ötürülməsini təmin edəcək uyğun bir namizəd tapılacağı təqdirdə, Zelenski Sırskini dərhal istefaya göndərməyə tamamilə hazırdır.
Musavat.com






