İnsanlara hürriyət, millətlərə istiqlal!

Katolikosu HƏR yerdən qovun! – “İti qovan” kimi, SÜLH naminə...

698 18.07.2026 15:45 Yazarlar A A

Ermənistanda hakimiyyət-kilsə münasibətləri hələ ki, öz pik həddinə çatmayıb. Bunu yəqin ki, keçirilməsi qaçılmaza çevrilmiş konstitusiya referendumu zamanı və ya o ərəfədə görəcəyik.

Hələliksə, Nikol Paşiyan hökumətinin bütün ermənilərin katolikosu II Qareginə sağdan-soldan zərbələri davam edir. Xəbər gəlib ki, 2003-cü ildən bəri ilk dəfə olaraq o, Ermənistan parlamentinin yeni tərkibinin birinci iclasında iştirak edə bilməyəcək. Yerli medianın yazdığına görə, II Qaregin indiyədək parlamentin ilk iclaslarında ənənəvi olaraq yeni seçilmiş deputatlara “xeyir-dua” verib.

“Erməni Apostol Kilsəsi indiyədək parlamentin açılış mərasiminə rəsmi dəvət almayıb və çox güman ki, ümumiyyətlə, almayacaq. Kilsə dairələrində bu addım hakimiyyətin növbəti demarşı kimi qiymətləndirilir”, - məlumatda bildirilir. Qeyd olunur ki, hakim komandanın nümayəndələri kilsə rəhbərinin dəvət edilməməsini qanunvericiliklə əsaslandırmağa çalışırlar. “Belə ki, mövcud qanunvericilik parlamentin ilk iclasına katolikosu dəvət etməyi öhdəlik olaraq qoymur, sadəcə, ona çıxış etmək hüququ tanıyır”...

Heç şübhəsiz, yazılan kimi də olacaq. Buradaca yada salaq, ötən yeni ildə də ilk dəfə olaraq dövlət TV-də II Qareginin xalqa təbrik müraciətinə imkan verilməmişdi. Bu mənada hakimiyyətin belə bir addımının kilsə ilə dövlət arasındakı bağları tamamən qoparmaq niyyəti güddüyünü zənn edənlər yanılmır.

Unutmaq lazım deyil ki, Baş nazir mövcud konstitusiyanı həm də kilsəyə ölkənin siyasi həyatına qarışmağa imkan verən bir sıra imtiyazlar tanıdığı üçün dəyişdirmək istəyir. Ancaq səbəb yalnızca bu da deyil.

Məsələ ondadır ki, terrorun mənəvi yuvası kimi tanınan erməni kilsəsi cəmiyyətdə Türkə nifrətin, konstitusiyada isə Azərbaycana və Türkiyəyə qarşı torpaq iddialarının qalmasına çalışan qüvvələrin başında gəlir. Bu da faktiki surətdə qonşularla barışığı istisna, regional sülhü isə sabotaj edən bir ideologiyadır. Lap dəqiqi, müharibə ideologiyasıdır.

Ritorik sual yaranır: həmin kilsəyə rəhbərik edən şəxs erməni deputatlara hansı “xeyir-dua”nı verə bilər? Başına dəysin onun “xeyir-duası”!..

Ağ Evdə İlham Əliyev, Nikol Paşinyan və Donald Tramp arasında görüş oldu

Aydındır ki, Paşinyan hökumətini son illər apardığı barışıq xətti, o sırada ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və ABŞ liderləri ilə imzaladığı sənədlər, o cümlədən Zəngəzur dəhlizi (TRIPP marşrutu) anlaşması kilsə daxil, radikal revanşist kəsimin, erməni lobbisinin qəzəbinə səbəb olub. Təsadüfi deyil ki, ötən il Baş nazirə qarşı sui-qəsdin, hakimiyyət çevrilişi cəhdinin əsas təşkilatçısı yenə məhz erməni kilsəsi idi.

Həbs salınanların da bir çoxu “din” xadimləridir. Hərçənd, dünyanın heç bir normal ölkəsində dini kasta dövlət çevrilişi etmək planları qurmur.

Bu da sirr deyil ki, “böyük Ermənistan” mifinin, erməni separatizmi və “miatsum” sayıqlamasının, Türkofobiyanın və xalqlar arasında düşmənçiliyin əsas mənəvi qaynağı yenə məhz kilsə olaraq qalır. “İlana zəhər verən kərtənkələ” ifadəsi burda tam yerinə düşür...

Bizə bax, belə bir məkrli və son dərəcə nanəcib, çörəyi dizi üstdə olan və təfəkkürü xəstə, terror xislətli dini icmaya malik bir qonşu qismət olub. Odur ki, erməni kilsəsinin əl-ayağının yığışdırılması yüzdə-yüz regional sülhə xidmət eləməklə yanaşı, Azərbaycan və Türkiyənin də strateji maraqlarına uyğun gələn pozitiv prosesdir. Lakin yetərli deyil. Əsas - yeni konstitusiyanın tezliklə qəbuludur.

Katolikosu isə hər yerdən iti qovan kimi qovmaq, qapıları üzünə bağlamaq lazımdır. Böyük SÜLH naminə, BARIŞIQ naminə...

Z. SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR