İnsanlara hürriyət, millətlərə istiqlal!

İstirahət mərkəzində 80 nəfər ZƏHƏRLƏNDİ

749 18.07.2026 15:10 Hadisə A A

Rusiyanın Stavropol diyarında, Novoselitskoye kəndi yaxınlığındakı "Volçyi Vorota" su anbarında yerləşən istirahət mərkəzində 80 nəfər bağırsaq infeksiyası əlamətləri ilə tibbi yardıma müraciət edib.

Bu barədə "İnterfaks" regionun hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

"80 nəfər tibbi yardıma müraciət edib, onlardan 40-ı Novoselitskoye xəstəxanasına", - bildirilib.

Onun sözlərinə görə, Novoselitskoye dairəsində doqquz nəfər xəstəxanaya yerləşdirilib, onların arasında iki uşaq var.

"Hazırda dairədə xəstəxanada 5 nəfər qalır, onların arasında uşaq yoxdur", - hüquq-mühafizə orqanlarından əlavə ediblər.

Otel kompleksi sosial şəbəkələrdə bildirib ki, kəskin bağırsaq pozuntusu simptomları ilə müraciət hallarının qeydə alınması ilə əlaqədar müştərilərin qəbulunu dayandırıb.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün sanitar-epidemioloji araşdırma aparılır.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR