İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın bombardmanından sonra İranda qanlı statistika: Ölənlərin sayı açıqlandı

409 18.07.2026 16:28 Dünya A A

ABŞ ordusunun İrana endirdiyi hava zərbələri nəticəsində yaranan kütləvi tələfatın rəsmi miqyası açıqlanıb.

Musavat.com xəbər verir ki, İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur bombardmanlar nəticəsində həlak olanların və yaralananların dəqiq sayını ictimaiyyətə təqdim edib. Nazirlik rəsmisinin bəyanatına görə, hava hücumları nəticəsində 50 nəfər həyatını itirib, 500-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kermanpur qeyd edib ki, həlak olanlar arasında 5 qadın və 2 azyaşlı uşaq var.

Səhiyyə Nazirliyinin rəsmisi onu da əlavə edib ki, yaralanan mülki şəxslərdən 32-si qadın, 18-i isə uşaq və yeniyetmələrdir. Bölgədə xəstəxanalara yerləşdirilən çoxsaylı yaralıların müalicəsi davam etdirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR