İnsanlara hürriyət, millətlərə istiqlal!

"Wildberries"in anbarları buna görə VURULUB – Zelenskidən SENSASİON AÇIQLAMA

758 18.07.2026 14:18 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Moskva və Tambov vilayətlərində yerləşən "Wildberries" logistika mərkəzlərinə (anbarlarına) təşkil etdiyi hücumları şərh edib.

Musavat.com xəbər verir ki, Ukrayna lideri bu addımın Rusiyanın Ukraynadakı mülki infrastrukturu atəşə tutmasına cavab olaraq atıldığını bildirib.

Zelenskinin sözlərinə görə, sözügedən şirkətin logistika mərkəzlərində dron istehsalı üçün nəzərdə tutulan ehtiyat hissələri və komplektləşdirici detallar saxlanılırmış.

Ukrayna dövlət başçısı məsələ ilə bağlı bu fikirləri səsləndirib:

"Bu gün bizim uzaqmənzilli sanksiyalarımız Rusiya ərazisində üç istiqamətdə, eləcə də müvəqqəti işğal olunmuş torpaqlarımızda və dənizdə effektiv nəticə verib. Xüsusilə, Rusiyanın bizim mülki infrastrukturumuza, şəhər və vilayətlərimizə endirdiyi zərbələrə cavab olaraq, cəbhə xəttindən 500 və təxminən 700 kilometrdən çox məsafədə yerləşən iki mühüm logistika obyekti - Moskva və Tambov regionlarındakı anbarlar vurulub. Bu obyektlərdən təcavüzkar ölkə tərəfindən dron istehsalı və naviqasiya avadanlıqları üçün sanksiyaya məruz qalan komplektləşdirici hissələrin tədarükünü təmin etmək məqsədilə istifadə olunurdu. Bundan əlavə, Rusiyaya məxsus bir neft obyekti də uğurla hədəf alınıb".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR