İran regiondakı Amerika hərbi mövqelərinə birbaşa zərbələr endirməkdə davam edir.
Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İordaniyadakı "Əl-Əzrək" hərbi hava bazasına raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücum təşkil etdiyini rəsmən elan edib.
İran tərəfinin bəyanatına əsasən, həyata keçirilən bu zərbə nəticəsində ABŞ-a məxsus ən azı iki qırıcı təyyarə və üç digər uçuş aparatı "tamamilə məhv edilib", daha bir neçə hərbi texnikaya isə ciddi ziyan dəyib.
Amerikanın məşhur "CBS News" telekanalının yaydığı məlumata görə, İranın İordaniyadakı hərbi obyektlərə hücumu nəticəsində bir neçə ABŞ hərbi qulluqçusu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Musavat.com






