İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya təhlükəsizlik təhdidi səviyyəsini qaldırıb

247 18.07.2026 16:54 Dünya A A

Almaniya artan həyəcan siqnalları və kəşfiyyat məlumatları fonunda təhlükəsizlik təhdidi səviyyəsini "abstrakt"dan "yüksək"ə qaldırıb.

Bu barədə Almaniyanın daxili işlər naziri Aleksander Dobrindт "Welt am Sonntag" qəzetinə müsahibəsində bildirib.

"İstənilən anda Almaniyaya hücum riskini nəzərə almaq lazımdır", - daxili işlər naziri deyib.

Onun sözlərinə görə, ölkəyə qarşı hücum planları getdikcə daha aydın olur. Nazir qeyd edib ki, təhdidlər Almaniyanın infrastruktur obyektlərinə, ayrı-ayrı şəxslərə, dövlət və ya ictimai qurumlara yönəlmiş ola bilər.

Almaniyanın Daxili İşlər Nazirliyi hələlik əlavə təfərrüatlar açıqlamayıb.

Son illərdə ölkədə bir sıra rezonans doğuran hücumlar baş verib. Xüsusilə, keçən ay Səudiyyə Ərəbistanından olan bir həkim şərqi Almaniyanın Maqdeburq şəhərindəki tarixi Milad yarmarkasının ziyarətçilərinin üzərinə avtomobil sürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.

Bundan əlavə, keçən il Almaniya məhkəməsi Suriya vətəndaşını 2024-cü ildə ölkənin qərbindəki Zolingen şəhərində festivalda bıçaqla hücum etməkdə təqsirli bilib. İstintaq müəyyən edib ki, cinayətkar İŞİD terror qruplaşmasının ideologiyasının təsiri altında hərəkət edib.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR