İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdamda üçotaqlı ev yanıb, xəsarət alanlar var

722 02.10.2025 12:09 Ölkə A A

Ağdamın Quzanlı qəsəbəsində üçotaqlı fərdi yaşayış evində baş verən yanğın zamanı xəsarət alanlar var.

"Report"un Qarabağ bürosunun məlumatına görə, yanğın qəsəbə sakini İsmayılov Əhəd Natiq oğluna məxsus 3 otaqlı evdə qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü İsmayılov Zibeydə Qənimət qızı və 2013-cü il təvəllüdlü İsmayılova Nəzrin Əhəd qızı Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin müayinə zananı hər iki şəxsə 2-ci dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.

Evdə baş verən yanğın FHN-in yanğınsöndürmə briqadası tərəfindən söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR