İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlandı

674 11.01.2026 22:11 Ölkə A A

Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Milli.Az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində mina hadisəsi baș verməsi səbəbilə 1988-ci il təvəllüdlü şəxs (kişi) 11.01.2026-cı il tarixində saat 14:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti stabildir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR