İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağıllı” soyuducudakı reklam qadını XƏSTƏXANALIQ ETDİ

645 07.12.2025 18:59 Dünya A A

Böyük Britaniyada “ağıllı texnika” ilə bağlı narahatlıq doğuran hadisə yaşanıb.

Musavat.com xəbər verir ki, Kerol adlı qadın şizofreniya xəstəliyindən əziyyət çəkdiyi üçün gördüyü qeyri-adi mesaj onu qorxuya salıb və nəticədə psixiatriya xəstəxanasına yerləşdirilib.

Soyuducunun "Family Hub" ekranında birdən-birə belə bir cümlə peyda olub: “Kerol, səni incitdiyimiz üçün üzr istəyirik”.

Qadın mesajın şəxsən ona ünvanlandığını düşünüb və güclü paranoya keçirərək təcili olaraq taksi çağırıb, psixiatrik yardım xidmətinə müraciət edib.

Sonradan ailəsi araşdırıb ki, həmin mətn əslində Apple TV+ platformasının "Pluribus" adlı şousuna aid reklam frazası imiş.

Soyuducunun ekranında avtomatik göstərilən bu reklamın heç bir yerdə reklama aid olduğu izah olunmurdu, məhz bu da anlaşılmazlığa və ciddi psixoloji sarsıntıya səbəb olub.

Hadisə "Reddit"də yayıldıqdan sonra yüzlərlə reaksiya doğurub. Bəzi istifadəçilər qadına dəstək göstərib, bəziləri isə "Samsung"u məsuliyyətsizlikdə ittiham edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR