İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-də parçalanma: bir sıra ölkələr Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxdı

691 14.12.2025 12:30 Dünya A A

Avropa İttifaqında Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukraynaya ötürülməsi planına qarşı müqavimət güclənir.

Musavat.com xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, İtaliya, Belçika, Malta və Bolqarıstan bu təşəbbüsə açıq şəkildə etiraz edərək, Avropa Komissiyası və Aİ Şurasını daha az riskli alternativ variantları araşdırmağa çağırıblar.

Bu ölkələr hesab edir ki, Rusiya aktivlərinin birbaşa müsadirəsi və Kiyevə verilməsi ciddi hüquqi və maliyyə riskləri yarada bilər. Onların mövqeyi Avropa Komissiyasının təşəbbüsünü artıq gələn həftə razılaşdırmaq planlarını çətinləşdirib.

"Politico" yazır ki, sözügedən dövlətlərin açıq tənqidi Aİ daxilində ciddi fikir ayrılıqlarının mövcud olduğunu üzə çıxarır. Qeyd olunur ki, ABŞ da daha əvvəl bu addıma qarşı çıxmışdı, bu isə təşəbbüsün beynəlxalq səviyyədə də birmənalı qarşılanmadığını göstərir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR