İnsanlara hürriyət, millətlərə istiqlal!

Alimlər xəyanətə meyilli insanların əsas xüsusiyyətlərini açıqladı

997 29.11.2025 01:27 Dünya A A

Romantik münasibətlərdə xəyanət meylinin səbəbləri açıqlanıb

Musavat.com xəbər verir ki, İstanbulun Koç Universitetinin alimləri 18–30 yaş arasında olan 280 nəfər üzərində apardıqları tədqiqatda xəyanət riskinə təsir edən əsas amilləri müəyyənləşdiriblər.

Araşdırma göstərib ki, keçmişdə xəyanət edən şəxslər bunu təkrarlamağa daha meyillidir. Valideynlərindən birinin xəyanət etdiyini bilən insanların özlərinin də xəyanət etmə ehtimalı yüksək olur. Emosional yaxınlıqdan yayınan, “qaçınma tipi bağlılığı”na sahib olan şəxslər xəyanəti münasibətdə məsafə yaratma yolu kimi görə bilirlər.

Alimlər bildirir ki, ailə fonu, psixoloji bağlılıq tipləri və münasibətdə yaxınlıq səviyyəsi xəyanət riskini formalaşdıran əsas faktorlardır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR